​Yəməndə Səudiyyə Ərəbistanına məxsus hərbi vertolyot qəzaya uğrayıb

​Yəməndə Səudiyyə Ərəbistanına məxsus hərbi vertolyot qəzaya uğrayıb Qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib
Digər ölkələr
26 İyul , 2016 01:15
​Yəməndə Səudiyyə Ərəbistanına məxsus hərbi vertolyot qəzaya uğrayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus zərbə vertolyotu Yəmənin Mərib əyalətində qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə husilərə qarşı mübarizədə Yəmənin hökumətyönlü qüvvələrinə dəstək verən koalisiyanın komandanlığı məlumat yayıb.

Qəza nəticəsində vertolyotun kapitanı Ayman əl-Fifi və leytenant Məhəmməd əl-Həsən ölüb.

"Apache" tipli vertolyot heyət üzvlərinin uçuş həyata keçirdiyi bölgədə hava şəraitinin əlverişsiz olması səbəbindən qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi