​Yəməndə polis məktəbində partlayış: 15-dən çox insan ölüb

​Yəməndə polis məktəbində partlayış: 15-dən çox insan ölüb Terror hadisəsini terrorçu-komikadze törədib
Digər ölkələr
7 Yanvar , 2015 10:40
​Yəməndə polis məktəbində partlayış: 15-dən çox insan ölüb

Bakı. 7 yanvar. REPORT.AZ/ Yəmənin paytaxtı Sanada polis kolleci yaxınlığında partlayış baş verib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, partlayıcı yerləşdirilmiş avtomobillə hərərkət edən terrorçu-komikadzenin həmləsi nəticəsində azı 15 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Hadisə yanvarın 7-də səhər saatlarında baş verib. Məlumata əsasən, həmin saatlarda məktəbdə daha çox tələbə olub.

Xəbərdə bildirilib ki, partlayışın səsi paytaxtın başqa rayonlarında da eşidilib.

Son xəbərlər

Orphus sistemi