Yəməndə partlayış: 15 ölü

Yəməndə partlayış: 15 ölü "Labuza" hərbi bazasında avtomobilə yerləşdirilən partlayıcı qurğu işə salınıb
Digər ölkələr
8 Avqust , 2015 22:01
Yəməndə partlayış: 15 ölü

Bakı. 8 avqust. REPORT.AZ/ Yəməndə baş verən güclü partlayış nəticəsində azı 15 nəfər ölüb.

"Report"un "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, "Labuza" hərbi bazasında avtomobilə yerləşdirilən partlayıcı qurğu işə salınıb.

Qeyd edək ki, bu baza bir neçə gün əvvəl sabiq prezident Əli Abdullah Salehə sadiq qüvvələrin nəzarətinə keçmişdi. Üsyançı husilər isə bazanın ərazisini minalamışdı.

Son xəbərlər

Orphus sistemi