​Yəməndə iki avtomobil partladılıb, 6 hərbçi ölüb

​Yəməndə iki avtomobil partladılıb, 6 hərbçi ölüb Terror aktı hərbi baza yaxınlığında törədilib
Digər ölkələr
3 Avqust , 2016 00:09
​Yəməndə iki avtomobil partladılıb, 6 hərbçi ölüb

Bakı. 3 avqust. REPORT.AZ/ Yəmənin cənubunda yerləşən hərbi baza yaxınlığında iki terror aktının törədilməsi nəticəsində ən azı 6 hərbçi ölüb, daha 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ərəb kütləvi informasiya vasitələri yazıb.

Hadisə yerindən daxil olan məlumata görə, bir-birindən 50 metr məsafədə iki minalanmış avtomobil partladılıb.

Terror aktına görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi