Bakı. 10 sentyabr. REPORT.AZ/ Yəməndə hökumət qüvvələri ilə üsyançı husilər ("Ənsar Allah" hərəkatının tərəfdarları) arasında döyüşlər zamanı azı 84 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə tibbi mənbələrə istinadən AFP nəşri məlumat yayıb.
Bildirilir ki, silahlı toqquşmalar Cenevrə məsləhətləşmələrinin pozulmasından sonra baş verib.
Mənbənin məlumatına görə, ölənlər arasında 11 hökumət qüvvəsi və 73 üsyançı var.