Səudiyyə Ərəbistanı Yəmənə hava zərbəsi endirib, 86 nəfər ölüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı Yəmənə hava zərbəsi endirib, 86 nəfər ölüb - YENİLƏNİB Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətindəki həbsxanaya endirdiyi hava zərbələri nəticəsində azı 86 nəfər həlak olub.
Digər ölkələr
1 Sentyabr , 2019 22:03
Səudiyyə Ərəbistanı Yəmənə hava zərbəsi endirib, 86 nəfər ölüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətindəki həbsxanaya endirdiyi hava zərbələri nəticəsində azı 86 nəfər həlak olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qırmızı Aypara Cəmiyyətinin Yəmən bölməsinin əlaqələndiricisi İlyas Mania əl-Maydama deyib.


***11:24

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb.

Hadisə Damar əyalətinin mərkəzində baş verib. 

“Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib.

Son xəbərlər

Orphus sistemi