Bakı. 7 yanvar. REPORT.AZ/ Yəmən husiləri ölkənin şimalında yerləşən Saada əyaləti üzərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvələrinə məxsus qırıcı təyyarəni vurduqlarını bəyan ediblər.
“Report” xəbər verir ki, bu barədə husilərin "Saba" informasiya agentliyi məlumat yayıb.
"Al Arabiya"nın məlumatına görə, təyyarə husilərin nəzarəti altında olan ərazidə qəzaya uğrayıb. Mənbələr hər iki pilotun sağ qaldığını bildirirlər.
Hadisənin başqa təfərrüatları məlum deyil.