Bakı. 11 oktyabr. REPORT.AZ/ Yəmənin ölkə prezidenti Mənsur Hadiyə qarşı çıxan "Ənsar Allah" hərəkatının (Husilər) üzvləri ərəb koalisiyasına məxsus hərbi gəmini vurduqlarını bəyan ediblər.
"Report" xəbər verir ki, bu barədə yerli "Saba" agentliyi məlumat yayıb.
Hərbi mənbədən verilən məlumata görə, gəmi Qırmızı dənizin Muxa şəhəri sahillərində vurulub.
"Husilər tərəfindən sahildən atılan raket hədəfə dəqiq düşüb və bu, hərbi gəminin tamamilə məhv olmasına gətirib çıxarıb", - deyə mənbə qeyd edib.
Ərəb koalisiyası məlumatı təkzib edib.