​Yəməndə "əl-Qaidə" 27 husini öldürüb

​Yəməndə "əl-Qaidə" 27 husini öldürüb "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı qolunun silahlıları husilərin əl-Beydada təlim keçdiyi stadiona hücum ediblər
Digər ölkələr
4 Mart , 2015 09:37
​Yəməndə əl-Qaidə 27 husini öldürüb

Bakı. 4 mart. REPORT.AZ/ Yəmənin əl-Beyda əyalətinin mərkəzində "əl-Qaidə" terrorçularının qiyamçı husilərə bir neçə hücumu nəticəsində 27 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "əl-Qaidə"nin Ərəbistan yarımadasındakı qolunun silahlıları husilərin əl-Beydada təlim keçdiyi stadiona hücum ediblər. Bu zaman 10 nəfər ölüb, onlarla insan yaralanıb.

Təhlükəsizlik xidmətinin təmsilçisi bildirib ki, Əl-Beyda əyalətinin əl-Zahir rayonundakı məktəbin yaxınlığında, adamların çox olduğu yerdə intiharçının avtomobili partlatması nəticəsində isə 8 nəfər ölüb, 12 nəfər yaralanıb. Bundan başqa, elə həmin rayonda husilərin patrul maşınının partladılması nəticəsində 9 husi ölüb.

Hər iki partlayışın məsuliyyətini "əl-Qaidə" öz üzərinə götürüb

Son xəbərlər

Orphus sistemi