Yəməndə baş vermiş partlayışda 6 əsgər ölüb, 5 əsgər xəsarət alıb

Yəməndə baş vermiş partlayışda 6 əsgər ölüb, 5 əsgər xəsarət alıb Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib
Digər ölkələr
4 Sentyabr , 2016 19:46
Yəməndə baş vermiş partlayışda 6 əsgər ölüb, 5 əsgər xəsarət alıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Yəmənin cənubundakı Ədən şəhərində polisin nəzarət buraxılış məntəqəsi yaxınlığında mina partlayışı nəticəsində 6 əsgər ölüb, 5 əsgər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli məmurlara istinadən xəbər yayıb.

Məlumata görə, hadisə Şeyx Otman dairəsində qeydə alınıb.

Şahidlər bildirblər ki, partlayışdan sonra ərazidə atışma baş verib. Hadisə yerinə bir neçə təcili yardım maşını göndərilib. 

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi