​Yəməndə aviazərbələr nəticəsində 40-a yaxın insan həlak olub

​Yəməndə aviazərbələr nəticəsində 40-a yaxın insan həlak olub Ölənlərin əksəriyyəti dinc sakinlərdir
Digər ölkələr
21 Aprel , 2015 21:20
​Yəməndə aviazərbələr nəticəsində 40-a yaxın insan həlak olub

Bakı. 21 aprel. REPORT.AZ/ "Ərəb koalisiyası"nın Yəmən ərazisinə endirdiyi havadan zərbələr nəticəsində təqribən 40 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Daxil olan məlumata görə, ölənlərin böyük əksəriyyəti dinc sakinlərdir. Daha onlarla yəmənli yaralanıb.

İlk hava zərbəsi İbb əyalətinə endirilib. Burada əksəriyyəti mülki şəxs olmaqla ən azı 20 nəfər həyatını itirib.

Təqribən 15 dinc sakin və yeddi əskərin ölümünə səbəb olan ikinci aviahücum Səudiyyə Ərəbistanı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Harad yaşayış məntəqəsinə edilib.

Son xəbərlər

Orphus sistemi