Yəməndə atəşkəs haqda razılıq əldə olunub

Yəməndə atəşkəs haqda razılıq əldə olunub Husilərlə hökumət qüvvələri arasında danışıqlar aprelin 18-də başlayacaq
Digər ölkələr
11 Aprel , 2016 02:30
Yəməndə atəşkəs haqda razılıq əldə olunub

Bakı. 11 aprel. REPORT.AZ/ Yəmən Respublikasında atəşkəs rejimi haqda razılaşma əldə edilib. "Report" xəbər verir ki, bu barədə "Sky News-Arabia" telekanalı məlumat yayıb.

Atəşkəsin dayandırılması haqda razılaşmanın əvvəlcə şənbə axşamından bazar gününə keçən gecə əldə edilməsi planlaşdırılsa da, onun tətbiqi nəzərdə tutulduğundan bir gün gec qüvvəyə minib.

BMT baş katibinin xüsusi elçisi Şeyx Əhməd bildirib ki, husilərlə hökumət qüvvələri arasında sülh danışıqları aprelin 18-də başlanacaq. Tərəflər Küveytdə danışıq masası ətrafında əyləşəcəklər.

BMT-nin məlumatına görə, ölkədəki qarşıdurmalar nəticəsində bu günədək 6,2 mindən çox insan həlak olub, təxminən 30 min nəfər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi