Yəməndə 242 nəfər vəbadan ölüb

Yəməndə 242 nəfər vəbadan ölüb Daha 2460 nəfərə vəba diaqnozu qoyularaq tibbi nəzarət altına alınıb
Digər ölkələr
21 May , 2017 09:10
Yəməndə 242 nəfər vəbadan ölüb

Bakı. 21 may. REPORT.AZ/ Son bir sutka ərzində Yəməndə 20 nəfər vəbadan vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, son 3 həftə ərzində ölkədə 242 nəfər bu xəstəliyin qurbanı olub. Habelə, daha 2460 nəfərə vəba diaqnozu qoyularaq tibbi nəzarət altına alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının Yəmən üzrə nümayəndəsi Nevio Zagaria jurnalistlərə bildirib ki, ölkədə vəba epidemiyası görünməmiş sürətlə yayılır. İlin sonuna qədər daha 250 min nəfərin vəbaya yoluxması ehtimalı var.

Zagaria iki ildir ölkədə hərbi əməliyyatların getməsi səbəbindən səhiyyə xidmətlərinin pisləşdiyi Yəməndə vəbanın qarşısının alınmasının çətinləşdiyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi