Yəməndə 1300-dən çox adam vəba xəstəliyindən ölüb

Yəməndə 1300-dən çox adam vəba xəstəliyindən ölüb Vəbaya yoluxmaq ehtimalı olanların sayı 200 min nəfəri ötüb
Digər ölkələr
26 İyun , 2017 00:40
Yəməndə 1300-dən çox adam vəba xəstəliyindən ölüb
Courtesy İmage

Bakı. 26 iyun. REPORT.AZ/ Bu ilin aprelindən Yəməndə 1300-dən çox insan vəba xəstəliyindən ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Xəbərdə qeyd olunur ki, ölənlərin dörddə birini uşaqlar təşkil edir.

"Cəmi 2 ay ərzində vəba ölkənin bütün vilayətlərinə yayılıb. 1300-dən çox insan ölüb, onların dörddə biri uşaqlardır" – deyə Ümumdünya Səhiyyə Təşkilatının Twitterdəki məlumatında bildirilir.

Təşkilat həmçinin bildirib ki, vəbaya yoluxma ehtimalı olanların sayı 200 min nəfəri ötüb. 

Bundan əvvəl ÜST-ün Yəməndəki nümayəndəsi bildirib ki, avqustun sonuna kimi ölkədə vəbaya yoluxanların sayı 300 mini ötəcək.

Son xəbərlər

Orphus sistemi