Yuxarı

Yəməndə 1 ay ərzində 613 üsyançı öldürülüb

Yəməndə 1 ay ərzində 613 üsyançı öldürülüb

Bakı. 4 mart. REPORT.AZ/ Yəmənin cənubundakı Taiz şəhərində 1 ay ərzində 613 üsyançı ("Ənsərullah" hərəkatının üzvləri) öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlardan 4-ü səhra komandirləridir.

Hərbi əməliyyatların gedişində daha 1027 nəfər yaralanıb. Son həftələr ərzində üsyançılar Taiz vilayətində Sail Ebara, Əl-Cirətə və Sarminə nəzarəti itiriblər.

Bundan başqa, Lasab və Karib kəndləri və bir neçə yüksəklik hökumət qoşunlarının nəzarəti altına keçib. Hazırda Yəmən ordusu Taizin şimalına hücumu davam etdirir. Koalisiya qüvvələrinin zərbələri nəticəsində 4 silah anbarı, 6 tank və 13 top məhv edilib.

Yəməndə hərbi münaqişə 2014-cü ildən davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi