Yuxarı

Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəsinin müavini qiyamçı husilərlə döyüşdə ölüb

Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəsinin müavini qiyamçı husilərlə döyüşdə ölüb
Ölkənin qərbinə İranyönümlü husi qiyamçıları nəzarət edir

Bakı. 22 fevral. REPORT.AZ/ Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəsinin müavini,  general-mayor Əhməd Sef əl-Yafii qiyamçı husilərlə döyüşdə ölüb.

“Report” “Aksam”a istinadən xəbər verir ki, general-mayor ölkənin Taiz bölgəsinin Muha rayonunda husilərlə ordu birlikləri arasındakı atışmada həlak olub.

Məlumata görə, Yəmənin qərb, mərkəzi hissələri, cənub-qərbindəki şəhərlər dövlət başçısı Abdurabbu Mansur Hadiyə bağlı hökumət qüvvələrinin əlindədir.

Ölkənin qərbinə İranyönümlü husi qiyamçıları, şimaldan cənuba doğru uzanan əraziyə isə "əl-Qaidə" nəzarət edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi