YUNİSEF: Yəmən əhalisinin yarıdan çoxu aclıqdan əziyyət çəkir

YUNİSEF: Yəmən əhalisinin yarıdan çoxu aclıqdan əziyyət çəkir Məhəmməd Əsədi: “1,5 milyon uşaq yetərincə qidalanmır”
Digər ölkələr
28 Noyabr , 2016 11:07
YUNİSEF: Yəmən əhalisinin yarıdan çoxu aclıqdan əziyyət çəkir

Bakı. 28 noyabr. REPORT.AZ/ İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanın başçılq etdiyi beynəlxalq koalisiyanın döyüşdüyü Yəməndə 14 milyon dinc sakin aclıqdan əziyyət çəkir.

“Report” “Al-Jazeere”yə istinadən xəbər verir ki, bunu YUNİSEF-in Yəməndəki nümayəndəsi Məhəmməd Əsədi bildirib.

Onun sözlərinə görə, ölkədə 1,5 milyon uşaq yetərincə bəslənmir: "Onların 3-də biri aclıqdan əziyyət çəkir. Yəmənin Hudey bölgəsində yüz minə yaxın uşaq normal səviyyədə qidalanmadığı üçün ölümcül vəziyyətdədir”.

Qeyd edək ki, Dünya Bankının 2013-cü ildə yaydığı məlumata əsasən, ölkə əhalisinin sayı 24,41 milyon nəfər olub. 

Son xəbərlər

Orphus sistemi