BMT rəsmisi: "Yaxın Şərqdəki münaqişələrdə 25 mindən çox xarici döyüşçü iştirak edir"

BMT rəsmisi: "Yaxın Şərqdəki münaqişələrdə 25 mindən çox xarici döyüşçü iştirak edir" Eljbeta Karska: "Xaricə gedən muzdlu döyüşçülərin sayı artır"
Digər ölkələr
3 Noyabr , 2015 10:49
BMT rəsmisi: Yaxın Şərqdəki münaqişələrdə 25 mindən çox xarici döyüşçü iştirak edir

Bakı. 3 noyabr. REPORT.AZ/. "Yaxın Şərqdəki münaqişələrdə 100-dən çox ölkədən 25 mindən artıq xarici döyüşçü iştirak edir". "Report" BMT-nin Məlumat Mərkəzinə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 3-cü komitəsində çıxış edən muzdlu döyüşçülər problemi üzrə işçi qrupunun rəhbəri Eljbeta Karska deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən xaricə gedən muzdlu döyüşçülərin sayı artır: "İnsanları ölkə xaricində silahlı döyüşlərdə iştiraka sövq edən amillər müxtəlifdir və zamanla dəyişir. Bunlara müəyyən ideologiya, həyatının mənası üçün axtarış, hansısa qrupun üzvü olmaq istəyi, təcrid olunma, vətənpərvərlik, yerli əhalini müdafiə etmək və ya sadəcə, cansıxıcı həyat kimi məqamları nümunə göstərə bilərik".

Son xəbərlər

Orphus sistemi