Yaponiyanın mərkəzində zəlzələ baş verib

Yaponiyanın mərkəzində zəlzələ baş verib Yeraltı təkanların gücü 5,4 bal olub
Digər ölkələr
19 Noyabr , 2016 07:48
Yaponiyanın mərkəzində zəlzələ baş verib

Bakı. 19 noyabr. REPORT.AZ/ Yaponiyanın Vakayama perfekturasında 5,4 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli Milli Meteorologiya Agentliyi məlumat yayıb.

Onun məlumatına görə, zəlzələnin episentri perfekturanın cənubunda, ocağı isə yerin 60 km. dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Həmçinin sunami təhlükəsi də elan olunmayıb.

Yeraltı təkanlar ümumilikdə 23 perfektura ərazisində hiss olunub.

Son xəbərlər

Orphus sistemi