Yuxarı

Yaponiyanın Koreyadakı baş konsulluğunda intihar edən şəxsin meyiti iki həftədən çox asılı vəziyyətdə qalıb

Bakı. 1 fevral. REPORT.AZ/ Yaponiyanın Cənubi Koreyanın Pusan şəhərindəki baş konsulluğunda 17 gün əvvəl özünü asan şəxsin meyiti aşkar edilib.

"Report" "NewsRu"ya istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, Koreya Respublikasının 62 yaşlı vətəndaşının asılı vəziyyətdə qalan meyitini diplomatik missiyanın məmurlarından biri dünən gündüz inventarlaşdırma üçün anbara daxil olarkən aşkar edib. Müəyyən edilib ki, kişi iki həftədən çoxdur ölüb.

İstintaq mərhumun yanvarın 12-də gözətçilərdən şübhəli davranışlarına görə onu baş konsulluğun kitabxanasına buraxmamasından sonra binanın maneələrini aşaraq gizlincə içəri daxil olduğunu müəyyən edib. Polis kişinin ölümünün dəqiq səbəbini təyin etmək üçün onun yarılmasını planlaşdırır.

İntihar edən şəxs tək yaşayıb, 20 il əvvəl həyat yoldaşı ilə boşanıb və ailəsi ilə əlaqə saxlamayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi