Yaponiyanın qırıcı təyyarəsi dənizə düşüb

Yaponiyanın qırıcı təyyarəsi dənizə düşüb Bakı. 20 fevral. REPORT.AZ/ Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus “F-2” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
20 Fevral , 2019 10:03
Yaponiyanın qırıcı təyyarəsi dənizə düşüb

Bakı. 20 fevral. REPORT.AZ/ Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus “F-2” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Takesi İvaya bildirib.

Onun sözlərinə görə, hadisə fevralın 20-də Yaponiyanın qərbində yerləşən Yamaquti prefekturası sahillərində baş verib. Qəzaya uğrayan təyyarə Yapon dənizinə düşüb. Hər iki pilot sağ xilas edilib. 

Nazir hadisə ilə bağlı araşdırma aparılacağını deyib. 

Son xəbərlər

Orphus sistemi