Yaponiyanın baş naziri XİN-ə yeni başçı təyin edib

Yaponiyanın baş naziri XİN-ə yeni başçı təyin edib Sindzo Abe hökumətdə kadr islahatı aparıb
Digər ölkələr
3 Avqust , 2017 11:48
Yaponiyanın baş naziri XİN-ə yeni başçı təyin edib
Tass.ru

Bakı. 3 avqust. REPORT.AZ/ Yaponiyanın Baş naziri Sindzo Abe hökumətdə kadr islahatı apararaq, 19 yeni nazir təyin edib.

“Report” TASS-a istinadən xəbər verir ki, onların arasında xarici işlər, ədliyyə, təhsil, mədəniyyət, elm və başqa sahələr üzrə nazirliklər də var.

Taro Kono xarici işlər naziri təyin edilib. Məlumata görə, Yaponiyanın keçmiş xarici işlər naziri Fumio Kisida hakim Liberal-Demokratik Partiyasının Siyasi Şurasının başçısı təyin olunub. O, həm də bu siyasi təşkilatın sədrliyinə əsas namizədlərdən sayılır. 

Son xəbərlər

Orphus sistemi