Yaponiyanın baş naziri İrana səfər edəcək

Yaponiyanın baş naziri İrana səfər edəcək Bakı. 22 iyun. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe iyulun ortalarında İrana səfər edə bilər.
Digər ölkələr
22 İyun , 2018 05:19
Yaponiyanın baş naziri İrana səfər edəcək

Bakı. 22 iyun. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe iyulun ortalarında İrana səfər edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, 1978-ci ildən sonra Yaponiyanın baş nazirinin İrana ilk səfəri ola bilər. Abe səfər çərçivəsində İran prezidenti Həsən Ruhaniyə ölkəsinin nüvə razılaşmasına sadiqliyini ifadə etmək niyyətindədir. Yaponiya bu razılaşmanı dəstəkləməkdə davam edir.

Abe daha əvvəl bildirib ki, Yaxın Şərqdə də vəziyyətin nizamlanmasına kömək edəcək. 

Son xəbərlər

Orphus sistemi