Yaponiyada zəlzələ zamanı xəsarət alanların sayı 26 nəfərə çatıb - YENİLƏNİB

Yaponiyada zəlzələ zamanı xəsarət alanların sayı 26 nəfərə çatıb - YENİLƏNİB Çərşənbə axşamı Yaponiyada baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 26 nəfərə çatıb.
Digər ölkələr
19 İyun , 2019 08:23
Yaponiyada zəlzələ zamanı xəsarət alanların sayı 26 nəfərə çatıb - YENİLƏNİB

Çərşənbə axşamı Yaponiyada baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 26 nəfərə çatıb.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Kiodo" məlumat yayıb. 

Qeyd edilir ki, onalrdan birinin xəsarəti ağırdır. Məlumata görə, 17 nəfər Yamaqata prefekturasında xəsarət alıb. Habelə 4 nəfər Niiqatada, daha 4 nəfər Miyaqiİsikava prefekturalarında xəsarət alıblar. 

Agentliyin xəbərinə görə, təbii hadisə zamanı itkin düşənlərin olması barədə məlumat yoxdur. 


***02:58

Çərşənbə axşamı Yaponiyada baş vermiş zəlzələ zamanı azı 15 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi ölkənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Məlumata görə, zərərçəkənlərdən 9-u Yamaqata prefekturasında, 4Niiqatada, daha 2 nəfər isə Miyaqi və İsikava prefekturalarında xəsarət alıblar.

Ölkənin Milli Meteorologiya İdarəsi zəlzələnin baş verdiyi regionlarda torpaq sürüşmələri barədə xəbərdarlıq edib. İdarə həmçinin yaxın həftələrdə Yamaqata və Niiqatada eyni bala malik növbəti zəlzələ ehtimalı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ötən gün baş vermiş zəlzələnin episentri Yamaqata prefekturası sahillərində, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Əvvəlcə yeraltı təkanların 6,8 bal, sonra isə 6,7 bal gücündə qeydə alındığı bildirilib. 

Son xəbərlər

Orphus sistemi