Yaponiyada “Tapa” tayfununa görə 412 daxili aviareys təxirə salınıb.
“Report” NHK telekanalına istinadən xəbər verir ki, təxirə salınmalar əsasən tropik qasırğanın keçəcəyi ehtimal edilən Kyusyu adalarına həyata keçiriləcək avireyslərə aiddir.
Təkcə “Nippon Airways” aviaşirkəti tərəfindən Kyusyu adalarına 151 aviareys təxirə salınıb.
Bundan əvvəl Okinava prefekturasında baş vermiş tayfun nəticəsində 1 nəfər ölüb, 19 sakin xəsarət alıb.