Bakı. 3 oktyabr. REPORT.AZ/ Yaponiyada sabaha təyin olunmuş azı 198 daxili aviareys təxirə salınıb.
“Report” NHK telekanalına istinadən xəbər verir ki, buna səbəb "Konq-rey" tayfununun ölkəyə yaxınlaşmasıdır.
Təxirə salınmalar əsasən tropik qasırğanın keçəcəyi ehtimal edilən Okinava prefekturasından həyata keçiriləcək avireyslərə aiddir.
Ötən həftə baş vermiş tayfun nəticəsində Yaponiyada 4 nəfər ölüb, 200-dək sakin xəsarət alıb.