Yaponiyada tayfun təhlükəsi ilə bağlı əhali təxliyyə olunur

Yaponiyada tayfun təhlükəsi ilə bağlı əhali təxliyyə olunur Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.
Digər ölkələr
15 Avqust , 2019 09:34
Yaponiyada tayfun təhlükəsi ilə bağlı əhali təxliyyə olunur

Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, cənub-qərb istiqamətindən gələn tayfunun Sikoku və Kyusu adalarında 280 minədək ev təsərrüfatına təhlükə yaratdığını nəzərə alaraq həmin ərazilərdə dördüncü dərəcəli təhlükə elan edilib.

NHK TV xəbər verir ki, bölgəyə 700-dək təyyarə reysi ləğv edilib, bəzi dəmir yolu xətlərində hərəkət dayandırılıb.

Son xəbərlər

Orphus sistemi