Yuxarı

Yaponiyada sutka ərzində ikinci zəlzələ olub

Yaponiyada sutka ərzində ikinci zəlzələ olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Yaponiya sahillərində növbəti zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələ 5,2 maqnitudada olub. Yeraltı təkanların episentri 46 kilometr dərinlikdə və Namie yaşayış məntəqəsindən 36 kilometr şimal-qərbdə yerləşib.

İlkin məlumata görə, dağıntı və xəsarət alan yoxdur. Sunami təhlükəsi elan edilməyib. 

Qeyd edək ki, bu, Yaponiyada növbəti zəlzələdir. Dünən Sakit okeanda - Yaponiyanın Fukusima əyalətinin sahilləri yaxınlığında da 5,0 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi