Yaponiyada ölüm hökmü icra olunub

Yaponiyada ölüm hökmü icra olunub Hazırda daha 130 nəfəri edam gözləyir
Digər ölkələr
11 Noyabr , 2016 07:38
Yaponiyada ölüm hökmü icra olunub

Bakı. 11 noyabr. REPORT.AZ/ Cümə günü Yaponiyada ölüm hökmü icra olunub.

"Report" xəbər verir ki, Keniti Tadziri adlı şəxs qarət naminə törədilən iki qətlə görə bu hökmə məhkum edilib.

Bundan əvvəlki edam cari ilin mart ayında icra edilib. Sindzo Abenin 2012-ci ilin dekabrında baş nazir vəzifəsinə keçməsindən bu yana dörd il ərzində 17 nəfər edam olunub.

Hazırda bu hökm daha 130 nəfəri gözləyir.

Son xəbərlər

Orphus sistemi