Yaponiyada naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib

Yaponiyada naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib Nəticədə 6 nəfər yaralanıb
Digər ölkələr
21 May , 2017 10:26
Yaponiyada naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib

Bakı. 21 may. REPORT.AZ/ Yaponiyanın Matsudo şəhərinin parkında naməlum şəxs bıçaq və dəyənəklə yoldan keçənlərə hücum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

İnsident nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Məlumata görə, yaralıların arasında hücum edən şəxsin özü də var.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi