Yaponiyada minlərlə insan Okinavada ABŞ-ın hərbi bazasına etiraz edib

Yaponiyada minlərlə insan Okinavada ABŞ-ın hərbi bazasına etiraz edib Oxşar aksilar ölkənin digər rayonlarında da baş tutub
Digər ölkələr
21 Fevral , 2016 23:45
Yaponiyada minlərlə insan Okinavada ABŞ-ın hərbi bazasına etiraz edib

Bakı. 21 fevral. REPORT.AZ/ Minlərlə insan Yaponiya parlamenti qarşısında toplaşaraq, ABŞ-ın Okinavada adasındaki hərbi bazasının yenidən fəaliyyətə başlamasına etiraz ediblər. "Report" "Amerikanın səsi"-nə istinadən xəbər verir ki, 30 minə yaxın etirazçı "Bazanı qurmayın" şüarı səsləndiriblər. Oxşar aksiylar ölkənin digər rayonlarında da baş tutub.

Okinava adası İkinci Dünya müharibəsi dövründə  Yaponiyada döyüşlərin getdiyi yeganə ərazidir və bu adanın sakinləri ABŞ-ın minlərlə əsgərinin burada yerləşdirilməsinə qarşı çıxır.

Birləşmiş Ştatlar və Yaponiya hələ 1996-cı ildə bazanın hazırda əhalinin sıx yaşadığı Henoko ərazisinə keçirilməsi haqda razılıq əldə edib. Lakin adanın sakinlərin çoxu təklifə etiraz edib və bazanın tamamilə başqa yerə köçürülməsini istəyir.

Son xəbərlər

Orphus sistemi