Yaponiyada məşhur turizm yerində kütləvi qətl baş verib

Yaponiyada məşhur turizm yerində kütləvi qətl baş verib Bakı. 28 noyabr. REPORT.AZ/ Yaponiyanın Miyadzaki prefekturasında kütləvi qətl hadisəsi baş verib.
Digər ölkələr
28 Noyabr , 2018 04:34
Yaponiyada məşhur turizm yerində kütləvi qətl baş verib

Bakı. 28 noyabr. REPORT.AZ/ Yaponiyanın Miyadzaki prefekturasında kütləvi qətl hadisəsi baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Ölkənin cənub-qərbində turistlər arasında məşhur olan dağ kəndindəki fermer evində 5-i bir ailənin üzvü olmaqda, 6 nəfərin meyiti tapılıb. Onlardan bəziləri bıçaqlanıb.

Polisin məlumatına görə, sonradan 7-ci şəxsin də meyiti tapılıb. O, Takaçixoda körpüdən çaya tullanıb və ya düşüb. Onun meyiti kənddən təqribən 3 km aralıda çayda aşkar edilib.

Qətlin baş verdiyi yer turistlərin çox gəldiyi məşhur Takaçixo vadisinə yaxındır.

Son xəbərlər

Orphus sistemi