Yaponiyada leysan yağışları qurbanlarının sayı 204 nəfərə çatıb

Yaponiyada leysan yağışları qurbanlarının sayı 204 nəfərə çatıb Bakı. 13 iyul. REPORT.AZ/ Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb.
Digər ölkələr
13 İyul , 2018 06:56
Yaponiyada leysan yağışları qurbanlarının sayı 204 nəfərə çatıb

Bakı. 13 iyul. REPORT.AZ/ Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Ölkənin Baş Polis İdarəsinə istinadən verilən xəbərə görə, 60-dan çox insan itkin düşmüş sayılır. Onlarla əlaqə saxlamaq mümkün deyil. Yerli fövqəladə xidmətlər polisin və özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış və xilasetmə əməliyyatlarını davam etdirir.

Güclü yağışlar ölkədə hələ ötən həftənin ortalarında "Prapirun" qasırğasının təsiri ilə bir sıra fəsadlar törədib. Bəzi ərazilərdə yağıntının miqdarı 1000 mm-ə çatıb. Bu, çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olub.

Bu, Yaponiyada 1953-cü ildən sonra daşqın qurbanlarının sayında qeydə alınmış ən böyük rəqəmdir. Həmin vaxt Küsü adasında 759 nəfər ölüb, 450 mindən çox sakin evsiz qalıb.

Son xəbərlər

Orphus sistemi