Yuxarı

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb - YENİLƏNİB-2 - VİDEO

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb - YENİLƏNİB-2 - VİDEO
Daha 48 nəfər itkin düşümş hesab edilir

Bakı. 8 iyul. REPORT.AZ/ Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Son məlumatlara görə, təbii hadisə zamanı həmçinin azı 48 nəfər itkin düşüb. Xilasedicilər ölkənin özünümüdafiə qüvvələrinin dəstəyi ilə sübh tezdən axtarış əməliyyatlarını davam etdiriblər.

Yaponiyanın baş naziri Sindzo Abe hökumətin təcili iclasını keçirib. İclasda ölkədə yaranmış ağır vəziyyət müzakirə edilib.

"İndi biz zamanla mübarizə aparırıq, insanların çoxunun təhlükəsizliyinə isə indiyədək zəmanət verilməyib. Bütün qüvvələri insanların xilasına yönəltmək lazımdır", - deyə Abe vurğulayıb.


***20:12

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Bu barədə "Report" "New Straits Times" qəzetinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə nəticəsində daha 48 nəfər itkin düşüb. Bununla yanaşı, 5 nəfər huşunu itirib.

Hazırda xilasetmə əməliyyatlarında ölkənin özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 48 min əməkdaşı iştirak edir. Ölkənin cənub-qərbində yaranmış vəziyyət olduqca ciddi qiymətləndirilir.


***10:21

Yaponiyada leysan yağışı və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Son məlumatlara görə, daha 50 nəfər itkin düşmüş sayılır. Xilasedicilər Yaponiyanın özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış əməliyyatlarını davam etdirirlər.

"Kyodo" agentliyi xəbər verir ki, Yaponiyanın qərbində daha 3 mln. nəfərin təxliyyəsi tövsiyə olunur. Ən ağır vəziyyət Xirosima və Kioto prefekturalarında yaranıb. Burada çaylarda suyun səviyyəsi kritik həddə çatıb. Təbii fəlakət nəticəsində iri müəssisələr, fabriklər fəaliyyətini dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi