Yaponiyada leysan nəticəsində bir nəfər ölüb, 22 nəfər itkin düşüb

Yaponiyada leysan nəticəsində bir nəfər ölüb, 22 nəfər itkin düşüb Xita şəhərində sel dəmiryol körpüsünü yuyaraq aparıb
Digər ölkələr
6 İyul , 2017 10:05
Yaponiyada leysan nəticəsində bir nəfər ölüb, 22 nəfər itkin düşüb
Mainichi.jp

Bakı. 6 iyul. REPORT.AZ/ Yaponiyanın cənub-qərbində Kyusyu adasında yağan güclü yağış nəticəsində 22 nəfər itkin düşüb, bir nəfər ölüb.

“Report” “Mainichi”yə istinadən xəbər verir ki, fövqəladə halla bağlı Sakura və Fukuoka prefekturalarının 556 min sakininə təcili təxliyyə olunmaq tapşırılıb.

Məlumata görə, Xita şəhərində sel dəmiryol körpüsünü yuyub aparıb. İnsanların və avtomobillərin selə qərq olduğu da bildirilir. 

Son xəbərlər

Orphus sistemi