Yaponiyada kəşfiyyat təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Yaponiyada kəşfiyyat təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB Təyyarənin göyərtədə ekipajla birlikdə 10 nəfər olub
Digər ölkələr
15 May , 2017 10:25
Yaponiyada kəşfiyyat təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

İlk xəbər 09:38-də yayılıb

Bakı. 15 may. REPORT.AZ/ Yaponiyada radarlardan itən kəşfiyyat təyyarəsinin qəzaya uğradığı məlum olub. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin qalıqları ölkənin Assabu şəhərində aşkarlanıb.

Məlumata görə, təyyarə Sapporo şəhərinə xəstə aparırmış. Göyərtədə ekipajla birlikdə 10 nəfər olub. 

Xəbərdə bildirilib ki, Yaponiyanın Hərbi Qüvvələrinə məxsus bu təyyarəyə ağır xəstələri daşımaq üçün xüsusi avadanlıqlar quraşdırılıb.

***

Yaponiyanın kiçik ölçülü “LR-2” tipli kəşfiyyatçı-təyyarəsi ölkənin şimalında yerləşən Hokkaydo adası ərazisində radarlardan itib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda yerli “NHK” televiziyası məlumat yayıb.

İnformasiyaya əsasən, təyyarə Xakodate şəhərinin hava limanının 30 km-liyində eniş etməli imiş. Təyyarədə neçə nəfərin olması barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi