Yuxarı

Yaponiyada imperatorun taxta çıxması münasibəti ilə mərasim başlayıb

Yaponiyada imperatorun taxta çıxması münasibəti ilə mərasim başlayıb

Yaponiyanın yeni imperatoru Naruhitonun taxta çıxması münasibəti ilə Tokionun mərkəzindəki sarayda mərasim başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, mərasimin canlı yayımını Yaponiyanın İctimai Televiziyası aparır.

Mərasim imperator sarayının ən hörmətli "Şam zalı"nda 30 dəqiqə davam edəcək. Sarayda qədim nümunələrə uyğun olaraq ötən əsrin əvvəllərində istehsal edilmiş 6,5 metr hündürlüyə və 8 ton ağırlığa malik böyük taxt qurulub.

Mərasimin gedişatında taxta Heyan (794-1185) dövrünün dəbi üzrə yüksək qara papaqda və geyimdə (ibadət libasında) 59 yaşlı imperator Naruhito çıxacaq.

Baş nazir Sindzo Abe Naruhitonun taxta çıxışmasını ölkəyə və dünyaya elan etdikdən sonra, onu Yaponiya xalqı adından təbrik edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi