Yaponiyada hökumət tam tərkibdə istefaya gedib

Yaponiyada hökumət tam tərkibdə istefaya gedib Bakı. 2 oktyabr. REPORT.AZ/ Yaponiyada hökumət tam tərkibdə istefaya gedib.
Digər ölkələr
2 Oktyabr , 2018 07:54
Yaponiyada hökumət tam tərkibdə istefaya gedib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Yaponiyada hökumət tam tərkibdə istefaya gedib.

"Report"un məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb ölkənin baş naziri Sindzo Abenin yeni Nazirlər Kabinetini formalaşdırmasıdır. Telekanalın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibi yaxın saatlarda açıqlanacaq.

Qeyd edilir ki, ölkənin əvvəlki Nazirlər Kabinetindəki 18 nazirdən cəmi 3-ü öz vəzifələrində qalacaqlar.

Qeyd edək ki, Abe sentyabrın 20-də üçüncü dəfə ölkənin hakim Liberal Demokrat Partiyasının sədri vəzifəsinə seçilib.

Son xəbərlər

Orphus sistemi