Yaponiyada həftə ərzində 7 nəfər günvurmadan ölüb

Yaponiyada həftə ərzində 7 nəfər günvurmadan ölüb Yaponiyada ötən həftə ərzində ölkə ərazisində qeydə alınan istilərdən azı 7 nəfər ölüb, təqribən daha 7 min nəfər xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
20 Avqust , 2019 08:51
Yaponiyada həftə ərzində 7 nəfər günvurmadan ölüb

Yaponiyada ötən həftə ərzində ölkə ərazisində qeydə alınan istilərdən azı 7 nəfər ölüb, təqribən daha 7 min nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Baş Yanğın İdarəsinə istinadən "Kyodo" məlumat yayıb.

Bildirilir ki, ötən həftə bütün Yaponiya üzrə ümumilikdə 7 338 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ölkənin bəzi rayonlarında havanın temperaturu 35 °C-dən yuxarı qalxıb.

Son xəbərlər

Orphus sistemi