Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 25 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-4

Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 25 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-4 Yaponiyada güclü “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Digər ölkələr
13 Oktyabr , 2019 12:45
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 25 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-4

Yaponiyada güclü “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

"Report"un xəbərinə görə, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Qasırğa nəticəsində 10 nəfər itkin düşüb, 156-a qədər şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.


***09:26

Yaponiyada "Haqibis" qasırğası nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.

Təbii hadisə zamanı daha 18 nəfər itkin düşüb. Zərər çəkənlərin sayı isə 150 nəfərə çatıb.


***07:19

Yaponiyada "Haqibis" qasırğası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

"Report" "Kiodo" agentliyinə istinadən xəbər verir ki, təbii hadisə zamanı daha 16 nəfər itkin düşüb. 

Daha əvvəl NHK telekanalı bildirib ki, zərər çəkənlərin sayı 106 nəfərə çatıb.


***05:49

Yaponiyada "Haqibis" qasırğası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, təbii hadisədən zərər çəkənlərin sayı 100 nəfəri ötüb.

Qeyd edilir ki, daha 17 nəfər itkin düşmüş sayılır.

NHK telekanalının informasiyasına əsasən, zərər çəkənlərin sayı 106 nəfərə çatıb. Öz növbəsində "Kiodo" agentliyi də 8 nəfərin həlak olduğunu bildirib.

Yerli KİV daha əvvəl 4 nəfərin həlak olduğunu, 11 nəfərin itkin düşdüyünü xəbər verib. 


***03:19

Yaponiyada "Haqibis" qasırğası nəticəsində azı 4 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə TASS, yerli KİV-lərə istinadən bildirib.

Son məlumatlara əsasən, ölkədə həmçinin zərərçəkənlərin də sayı artıb. Qeyd edilir ki, təbii hadisə zamanı Yaponiyada 100-dən çox insan müxtəlif xəsarətlər alıb. Təbii hadisə zamanı eləcə də daha 17 nəfər itkin düşüb.

Hazırda Yaponiyanın xilasetmə xidmətləri qasırğadan və onun səbəb olduğu daşqınlardan zərər çəkmiş insanların xilas olunması əməliyyatlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi