​Yaponiyada ən böyük aktiv vulkanlardan biri oyanıb

​Yaponiyada ən böyük aktiv vulkanlardan biri oyanıb Yaponiyanın cənub-qərbindəki Aso vulkanı 600 metr hündürlüyə kül püskürüb
Digər ölkələr
8 Avqust , 2015 16:54
​Yaponiyada ən böyük aktiv vulkanlardan biri oyanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Yaponiyanın Kumamoto prefekturasında (Kusyu adasının cənub-qərbi) yerləşən ölkənin ən böyük aktiv vulkanı püskürməyə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Meteoroloji xidmətinin verdiyi məlumata görə, şənbə günü vulkan 600 metr hündürlüyünə kül püskürüb.

Uçuşların təxirə salınması ilə bağlı məlumat daxil olmayıb. Meteoroloji İdarədən verilən məlumata əsasən, Aso vulkanının püskürməsi beş ballıq şkala üzrə ikinci səviyyəli hesab olunur.

Ötən ilin noyabrında Asonun püskürməsi nəticəsində 40-dan çox daxili təyyarə reysləri ləğv edilmişdir.

Qeyd edək ki, Aso dünyanın ən böyük vulkanlarından biridir. Onun hündürlüyü 1592 metrdir.

Son xəbərlər

Orphus sistemi