Yaponiyada bir həftə ərzində təxminən min nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib

Yaponiyada bir həftə ərzində təxminən min nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib Zərərçəkənlərin əksəriyyəti Tokioda və Aiti, Osaka, Höqo, Saitama və Kanaqava prefekturalarında yaşayanlardır
Digər ölkələr
23 May , 2017 14:33
Yaponiyada bir həftə ərzində təxminən min nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib

Bakı. 23 may. REPORT.AZ/ Yaponiyanın böyük hissəsində qeydə alınan isti hava ilə əlaqədar olaraq son bir həftə ərzində təxminən min nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin demək olar, yarısının yaşı 65-dən çoxdur.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın təcili yardım xidmətinə məsul yanğından mühafizə idarəsindən bildiriblər.

Zərərçəkənlərin əksəriyyəti Tokioda və Aiti, Osaka, Höqo, Saitama və Kanaqava prefekturalarında yaşayanlardır.

Yaponiya Baş Meteorologiya Agentliyinin məlumatına görə, isti hava qarşıdakı günlərdə ölkənin böyük hissəsində davam edəcək.

Son xəbərlər

Orphus sistemi