​Yaponiyada bir həftə ərzində anomal istilərdən 20-dən çox insan ölüb, 11 min nəfər xəstəxanaya yerləşdirilib

​Yaponiyada bir həftə ərzində anomal istilərdən 20-dən çox insan ölüb, 11 min nəfər xəstəxanaya yerləşdirilib Bəzi ərazilərdə temperatur 39 dərəcəyə çatır
Digər ölkələr
4 Avqust , 2015 14:52
​Yaponiyada bir həftə ərzində anomal istilərdən 20-dən çox insan ölüb, 11 min nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 4 avqust. REPORT.AZ/ Bir həftə ərzində Yaponiyada uzun müddət davam edən anomal istilərdən 25 nəfər ölüb, 11.67 min insan xəstəxanalara yerləşdirilib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ölkənin yanğından mühafizə xidmətinin verdiyi məlumata görə, son üç həftə ərzində 300-dən artıq insan şiddətli istilər nəticəsində günvurma diaqnozu ilə uzun müddət xəstəxanalara yerləşdirilib. Yarıdan çox hallarda xəsarət alanların yaşı 65-i ötən insanlardır.

Yüksək isti hava şəraiti ölkənin bütün ərazisini əhatə edir. Bəzi yerlərdə temperatur 39 dərəcəyə çatır. Həkimlər belə hallarda daha çox kölgədə vaxt keçirməyi və müntəzəm olaraq azacıq duzlu su və ya sərinləşdirici içkilər içməyi məsləhət görürlər.

İsti və rütubətli hava Yaponiyada iyul ayının əvvəlindən hökm sürür.

Qeyd edək ki, ötən il istilər nəticəsində Yaponiyada azı 30 nəfər ölüb, 35 mindən artıq insan xəstəxanalara yerləşdirilmişdir. 

Son xəbərlər

Orphus sistemi