​Yaponiyada baş verən qasırğa nəticəsində dörd nəfər həlak olub

​Yaponiyada baş verən qasırğa nəticəsində dörd nəfər həlak olub Leysan yağışları səbəbindən 15 dəmir yolu xətlərində qatarların hərəkəti dayandırılıb
Digər ölkələr
18 İyul , 2015 17:45
​Yaponiyada baş verən qasırğa nəticəsində dörd nəfər həlak olub

Bakı. 18 iyul. REPORT.AZ/ Yaponiyanın qərbində, Osaka da daxil olmaqla bir sıra yaşayış məntəqələrində tüğyan edən qasırğa nəticəsində dörd nəfər ölüb, 56 nəfər isə xəsarət alıb. Bu barədə "Report" RİA "Novosti"-yə istinadən məlumat verir.

18 prefekturada zərərçəkən insanlar müəyyən edilib. İyulun 17-də orada yağan yağıntının miqdarı maksimum həddə çataraq 300 millimetr təşkil edib.

Şənbə günü Yaponiyanın Kiodo agentliyinin verdiyi məlumatına görə, Osaka və digər yaşayış məntəqələrində leysan yağışları səbəbindən 15 dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Bu 500 mindən yuxarı sərnişinə təsir göstərib. 

Son xəbərlər

Orphus sistemi