Yuxarı

Yaponiyada ABŞ hərbi vertolyotu pəncərə şüşəsinin şagirdin üzərinə düşməsinə səbəb olub

Yaponiyada ABŞ hərbi vertolyotu pəncərə şüşəsinin şagirdin üzərinə düşməsinə səbəb olub
Sahəsi 1 metr olan şüşə idman meydançasına düşüb

Bakı. 13 dekabr. REPORT.AZ/ Yaponiyada Okinava prefekturasının Qinovan şəhər məktəbinin ibtidai sinif şagirdi pəncərə şüşəsinin onun üzərinə düşməsi nəticəsində xəsarət alıb.

“Report” NHK telekanalına istinadən xəbər verir ki, ehtimala görə, şüşə yaxınlıqdan "SH-53" tipli Amerika hərbi vertolyotunun keçməsi nəticəsində titrəyişdən yerə düşüb.

Sahəsi təqribən 1 metr olan şüşə 30 şagirdin və bir neçə müəllimin bədən tərbiyəsi ilə məşğul olduğu idman meydançasına düşüb. Uşaq sol qolundan xəsarət alıb.

Hazırda polis hadisənin səbəblərini araşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi