Yaponiyada 800 məktəbli qidadan zəhərlənib

Yaponiyada 800 məktəbli qidadan zəhərlənib Zəhərlənənlərdən heç birinin vəziyyəti ağır deyil
Digər ölkələr
19 Fevral , 2017 06:32
Yaponiyada 800 məktəbli qidadan zəhərlənib

Bakı. 19 fevral. REPORT.AZ/ Yaponiyada kütləvi zəhərlənmə baş verib.

"Report"un məlumatına görə, bu barədə "NHK" telekanalı xəbər verib.

Məlumata görə, paytaxt Tokio yaxınlığındakı Tatikava şəhərinin 7 məktəbində 800 məktəbli qidadan zəhərlənib. Xəbərdə bildirilir ki, şagirdlər ürək bulanmasından və qarın sancısından şikayət ediblər.

"TBS" teleşirkəti isə zəhərlənənlərin sayının 500 olduğunu bildirib. Məlumatlarda zəhərlənən şagirdlərdən heç birinin vəziyyətinin ağır olmadığı qeyd edilir. Bu, xəstəxanaya yerləşdirilmiş 5 məktəbliyə də aiddir.

Şagirdlərin məktəblər üçün qida hazırlayan Tatikava şəhər kombinatının nahar yeməyindən zəhərləndikləri ehtimal olunur.

Zəhərlənmə hadisənin baş verdiyi gün orada 3000 nəfərlik nahar yeməyi hazırlanıb. Hazırda kombinatda sanitar yoxlama həyata keçirilir və müəssisə fevralın 24-dək fəaliyyətini dayandırıb.

Son xəbərlər

Orphus sistemi