​Yaponiyada 6 saat dağıntılar altında qalan körpəni xilas etmək mümkün olub

​Yaponiyada 6 saat dağıntılar altında qalan körpəni xilas etmək mümkün olub Xilasedicilər uşağın səsini eşidiblər
Digər ölkələr
15 Aprel , 2016 05:46
​Yaponiyada 6 saat dağıntılar altında qalan körpəni xilas etmək mümkün olub

Bakı. 15 aprel. REPORT.AZ/ Yaponiyanın Kumamoto şəhərində xilasedicilər 6 saat evin dağıntıları altında qalan 8 aylıq körpə uşağı çıxarmağı bacarıblar.

"Report" xəbər verir ki, onlar uşağın səsini eşidiblər və ardınca xilasetmə işləri bu istiqamətdə davam etdirilib.

Dağıntıların aradan qaldırılması üçün əraziyə tikinti texnikası cəlb olunub, uşağın həyatı uğrunda 50 nəfər mübarizə aparıb. Təqribən bir saatdan sonra uşaq havaya çıxarılıb. Zəlzələ zamanı körpə boşluq məkana düşdüyündən onun üzərində cızıq belə olmayıb.

Cümə axşamı Yaponiyanın Küsü adasında Rixter cədvəli ilə 6,5 gücündə zəlzələ baş verib. Onun episentri Kumamoto şəhəri yaxınlığına düşüb. Təbii fəlakət nəticəsində 9 nəfər ölüb, 760 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi