Yaponiyada 5 nəfər günvurmadan ölüb

Yaponiyada 5 nəfər günvurmadan ölüb Son dörd gün ərzində Yaponiyada azı 5 nəfər günvurmadan ölüb, 600-dək insan da xəstəxanalara yerləşdirilib.
Digər ölkələr
28 May , 2019 12:41
Yaponiyada 5 nəfər günvurmadan ölüb

Son dörd gün ərzində Yaponiyada azı 5 nəfər günvurmadan ölüb, 600-dək insan da xəstəxanalara yerləşdirilib.

“Report” “Weather”a istinadən xəbər verir ki, may ayı üçün ölkə boyu anomal istilər qeydə alınıb. 

Belə ki, hətta şimal Hokkaydo adasındakı Saroma sahil şəhərində qeydə alınan 39,5 dərəcə ölkə ərazisində may ayı üçün müşahidə dövrünün ən yüksək hərarətidir.

Ölkə boyu 53 müşahidə nöqtəsində 35 dərəcə və ya daha çox hərarətin ölçüldüyü bildirilir.

“Kyodo News” xəbər verir ki, ötən gün “Hokkaido Railway” qızmar hava üzündən relslərin əyilməsi təhlükəsini nəzərə alaraq 100-dən artıq qatar reysini ləğv edib.

Son xəbərlər

Orphus sistemi