Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib Tələfat və dağıntı barədə məlumat verilmir
Digər ölkələr
11 May , 2015 03:17
Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib

Bakı. 11 May. REPORT.AZ/ Yaponiyanın Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

"Report"un TASS istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.

Bildirilir ki, zəlzələnin episentri Hatitdzyo adasının yaxınlığında, zəlzələ ocağı 18 km-ə yaxın dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi