Yuxarı

Yaponiyada 5,2 maqnituda gücündə zəlzələ olub

​Yaponiyada 5,2 maqnituda gücündə zəlzələ olub

Yaponiyanın Honsyü adasının şimal-şərqdə 5,2 maqnituda gücündə zəlzələ olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri İbraki prefekturasına düşüb. Zəlzələnin ocağı yerin 80 km. dərinliyində olub.

Sunami təhlükəsi gözlənilmir, həmçinin dağıntı və tələfat barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi